Təhsil 365 - Logo Mobile

Maliyyə Nazirliyi büdcə idarəçiliyinin rəqəmsallaşdırılması üzrə Koreya təcrübəsini öyrənir

6818.06.2025 - 17:10
Maliyyə Nazirliyi büdcə idarəçiliyinin rəqəmsallaşdırılması üzrə Koreya təcrübəsini öyrənir

Azərbaycan Maliyyə Nazirliyinin nümayəndə heyəti maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə Koreya Respublikasının Seul şəhərində səfərdədir.

"Tehsil365” bu barədə nazirliyə istinadən xəbər verir.

Səfər çərçivəsində nümayəndə heyəti Koreya İqtisadiyyat və Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Koreya Maliyyə İnformasiya Xidmətində (Korea Fiscal Information Service – KFIS) bir sıra işçi görüşlər keçirib.

Görüşlər zamanı Koreyanın dövlət maliyyəsinin idarə olunması üçün tətbiq etdiyi rəqəmsal və inteqrasiya olunmuş milli maliyyə informasiya sistemi olan “dBrain+” platformasının praktik tətbiqi ətrafında müzakirələr aparılıb, dövlət maliyyə nəzarəti, xəzinədarlıq və mühasibat uçotu sahələrində rəqəmsal transformasiya imkanları əsas diqqət mərkəzində olub.

Bundan əlavə, dövlət büdcəsinin gəlir və xərclərinin təhlili və optimallaşdırılması, müasir rəqəmsal idarəetmə alətlərinin və elektron həllərin büdcə proseslərinə inteqrasiyası istiqamətində qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində təşkil olunan seminar proqramında “dBrain+” sistemi üzrə texniki təqdimatlar və müzakirələr keçirilib. Bildirilib ki, bu sistem vasitəsilə dövlət büdcəsinin hazırlanması, xərclənməsi, hesabatlılıq və borc idarəçiliyi kimi maliyyə prosesləri tam şəkildə rəqəmsal mühitdə və inteqrasiya olunmuş formada həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi tərəfindən Hökumət Resurslarının Planlaşdırılması (GRP – Government Resource Planning) sisteminin qurulması istiqamətində işlərə başlanılıb və bu çərçivədə beynəlxalq təcrübə öyrənilir.


Züleyxa Allahverdiyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35