Bu gün – 18 iyun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür. Onun qəhrəmanlığı, vətənpərvərliyi və əzmkar mübarizəsi xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb.
“Tehsil365” xəbər verirki, Mübariz İbrahimov 2010-cu ilin iyun ayında – cəbhə xəttində düşmən təxribatına qarşı təkbaşına keçirdiyi qəhrəmanlıq əməliyyatı zamanı şəhid olub. Onun göstərdiyi cəsarət Azərbaycan Ordusunun rəşadət simvoluna çevrilib.
Vətən qarşısında misilsiz xidmətlərinə görə o, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Mübariz İbrahimovun xatirəsi hər il ölkənin müxtəlif bölgələrində anılır, onun adına məktəblər, küçələr, parklar salınır.
Bu gün ölkənin dörd bir yanında keçirilən anım tədbirlərində gənclər, müəllimlər, hərbçilər və vətəndaşlar qəhrəmanın məzarını ziyarət edir, ruhuna dualar oxuyurlar. Onun keçdiyi döyüş yolu gələcək nəsillərə örnək kimi təqdim olunur.
Mübariz İbrahimovun şəhidlik zirvəsinə ucaldığı bu gün bir daha xatırladır ki, vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur.