Təhsil 365 - Logo Mobile

“Məktəbəqədər təhsildə liderlik” proqramının II çağırışı üzrə qəbul elan olunur

7720.06.2025 - 06:50
“Məktəbəqədər təhsildə liderlik” proqramının II çağırışı üzrə qəbul elan olunur

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) ilə birgə “Məktəbəqədər təhsildə liderlik” proqramı II çağırış üzrə sənəd qəbulu elan edir.

Universitetdən “Tehsil365”ə bildirilib ki, proqram müasir çağırışlara cavab verən məktəbəqədər təhsil müəssisələri (MTM) idarəçilərinin və liderlərinin hazırlanmasını hədəfləyir.

Proqramda iştirak üçün tələblər:

- Pedaqoji sahədə ali təhsil;

- Dövlət məktəbəqədər təhsil müəssisəsində ən azı 3 il pedaqoji təcrübə.

İştirakçıların seçimi 2 mərhələdə (elektron sənəd qəbulu və müsahibə) həyata keçiriləcək.

1 ay (60 saat) davam edəcək proqram ərzində aşağıdakı mövzularda həftəiçi beş gün təlimlər keçiriləcək.

- MTM-in idarə olunması və liderlik;

- MTM-də heyətin idarə edilməsi;

- Təlim-tərbiyə işinin təşkili və idarə edilməsi;

- MTM-də sağlam psixoloji mühitin formalaşdırılması;

- İnkluziv təhsil;

- Sağlamlıq, təhlükəsizlik və rifah;

- MTM-də daxili keyfiyyət sisteminin qurulması;

- MTM-də sənədlərlə iş

Proqram üzrə dərslərin Bakı, Abşeron və Sumqayıtdan olan iştirakçılar üçün əyani, digər regionlardan olan iştirakçılar üçün isə, əsasən, onlayn olmaqla hibrid formada təşkil olunması planlaşdırılır.

Proqramda iştirak etmək istəyən şəxslər 28 iyun 2025-ci il tarixinədək qeydiyyatdan keçə bilərlər:

Qeydiyyat linki: https://forms.office.com/r/brwKf8xWSb

Əlavə məlumat üçün [email protected] imeylinə yaza bilərsiniz.

Proqramda iştirak ödənişsizdir.

Ramidə Əliyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35