Təhsil 365 - Logo Mobile

Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

8022.06.2025 - 09:40
Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

2024-cü ildə ölkənin ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayı əvvəlki illərlə müqayisədə artaraq 57 391 nəfərə çatıb.

“Tehsil365” bu barədə "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ildə 50 522, 2023-cü ildə isə 52 880 nəfər olub.

Qəbul olan tələbələrin əksəriyyəti — 49 430 nəfəri dövlət ali təhsil müəssisələrini seçib. Onların 45 618 nəfər əyani, 3 812 nəfəri isə qiyabi formada təhsil alır. Qeyri-dövlət ali təhsil müəssisələrinə qəbul olanların sayı isə 7 961 nəfər təşkil edir ki, bunların da 7 382-si əyani, 579-u qiyabi təhsil formasını seçib.

2024-cü ildə ali təhsil müəssisələrini bitirən mütəxəssislərin ümumi sayı 49 941 nəfər olub. Onların 44 446 nəfəri dövlət, 5 495 nəfəri qeyri-dövlət müəssisələrinin məzunlarıdır. Məzunların 41 089 nəfəri dövlət universitetlərində əyani təhsil almış tələbələrdir.

Əhalinin hər 10 000 nəfərinə düşən ali təhsil müəssisəsi məzunlarının sayı da artaraq 49 nəfərə yüksəlib. Bu göstərici 2022-ci ildə 45, 2023-cü ildə isə 48 nəfər olub.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35