Təhsil 365 - Logo Mobile

2022-2024-cü illərdə elmə bu qədər vəsait ayrılıb

6123.06.2025 - 08:00
2022-2024-cü illərdə elmə bu qədər vəsait ayrılıb

2022–2024-cü illər ərzində Azərbaycan Respublikasında elmin maliyyələşdirilməsi istiqamətində dövlət büdcəsindən ayrılan vəsaitlərdə müəyyən artım müşahidə olunur. Belə ki, 2022-ci ildə elmə 167,8 milyon manat ayrıldığı halda, bu göstərici 2023-cü ildə 193,6 milyon manata, 2024-cü ildə isə 197,2 milyon manata çatıb.

“Tehsil365” Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı məcmuəsinə istinadən xəbər verir ki, elmə ayrılan bu vəsaitlərin ümumi daxili məhsula (ÜDM) nisbəti 2022-ci ildə 0,13 faiz təşkil edib.

Növbəti illərdə bu göstərici artaraq 2023 və 2024-cü illərdə 0,16 faiz səviyyəsində olub. Bu da göstərir ki, ÜDM-in tərkibində elmin payında müəyyən irəliləyiş qeydə alınıb.

Dövlət büdcəsinin ümumi xərcləri kontekstində isə elmə ayrılan vəsaitlərin payı 2022-ci ildə 0,52 faiz, 2023-cü ildə 0,53 faiz, 2024-cü ildə isə yenidən 0,52 faiz olub. Bu göstəricilər elm sahəsinin dövlət büdcəsindəki payının sabit qaldığını göstərir.

Ümumilikdə, 2022–2024-cü illər ərzində elm sahəsinə ayrılan dövlət vəsaitlərində nisbi artım müşahidə edilir.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35