Təhsil 365 - Logo Mobile

DİM ilk dəfə Gəncədə TKT imtahanı keçirəcək

15723.06.2025 - 15:20
DİM ilk dəfə Gəncədə TKT imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 30 avqust 2025-ci il tarixində ilk dəfə Gəncə şəhərində ingilis dili müəllimləri üçün TKT (Teaching Knowledge Test) imtahanı təşkil edəcək. İmtahan DİM-in Gəncə Regional Bölməsində keçiriləcək. Son qeydiyyat tarixi isə 16 iyul 2025-ci ildir.

“Tehsil365” xəbər verir ki, Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimlərinin bilik və bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT kvalifikasiyası üzrə aşağıdakı modullarda imtahanlar keçirir:

  • TKT Modul 1

  • TKT Modul 2

  • TKT Modul 3

  • TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

  • TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biridir və Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) və tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test – CEPT) imtahanlarını da təşkil edir.

İmtahana qeydiyyat linki:
https://eservices.dim.gov.az/iexams/az/login.aspx

Əlavə məlumat üçün suallarınızı [email protected] elektron poçtuna ünvanlaya bilərsiniz.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35