Biri aldadıldığını, digəri isə aldatmadığını deyir.
"Tehsil365" Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət saxta olduğu iddia edilən olimpiadadan gedir.
Övladı Dubayda keçirilən yarışmada iştirak edən valideyn "Global Olimpiad Center" MMC tərəfindən özünün və digər ailələrin aldadıldığını iddia edib. Qarşı tərəf isə bu iddiaları qəbul etmir.
Valideyn Vəfa Məmmədovanın sözlərinə görə, 7‑ci sinifdə oxuyan övladını beynəlxalq olimpiada adı ilə Dubayda keçirilən yarışa göndərmək üçün 5 000 manatdan çox vəsait ödəyib, lakin sonradan bu olimpiadanın beynəlxalq statuslu olmadığını və şagirdin gələcəyi üçün heç bir fayda vermədiyini öyrənib. O, həmçinin təşkilatçılıq məsələlərində və testlərin hazırlanmasında nöqsanların olduğunu bildirib.
“Global Olimpiad Center” MMC‑nin direktoru isə iddialarla razılaşmayaraq bildirib ki, tədbir “Future Intelligence Students Olympiad” (FİSO) adlanır və beynəlxalq olimpiada deyil, beynəlxalq yarışmadır. Direktorun sözlərinə görə, valideynlərə öncədən bütün şərtlər izah olunub və bu şərtlər əsasında müqavilə imzalanıb.
Ətraflı süjetdə: