Təhsil 365 - Logo Mobile

İctimai Şura Masallı və Lənkəranda müəllim və şagirdlərlə görüş keçirdi

7624.06.2025 - 13:10
İctimai Şura Masallı və Lənkəranda müəllim və şagirdlərlə görüş keçirdi

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə müəllim və şagirdlərlə görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, Masallı rayon Şərəfə kənd və Lənkəran şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəblərində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə müəllim və şagird kollektivi ilə görüşlər təşkil olunub.

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, şuranın katibi Günay Əkbərova, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, rayonlar üzrə təhsil sektorlarının rəhbərləri və əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov gənclərin vətəndaş cəmiyyəti təşkilatlarına cəlb edilməsi, milli-mənəvi və ailə dəyərlərinin təbliği sahəsində innovativ metodların tətbiqi və gələcək birgə fəaliyyət imkanları haqqında çıxış edib.

Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edərək, dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqəti vurğulayıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə interaktiv dərsin psixopedaqoji məsələləri, innovativ və interaktiv tədris metodları, sinif idarəçiliyi, şagird motivasiyası, liderlik bacarıqlarının inkişafı və təlim prosesində texnologiyaların rolu mövzularında ətraflı çıxış edib.

Şuranın katibi Günay Əkbərova isə peşə təhsilinin əhəmiyyəti və müəllimlərin sertifikatlaşdırılması məsələləri ilə bağlı fikirlərini bölüşüb, müəllim və şagirdlərin suallarını cavablandırıb.

Görüşün sonunda şagirdlərlə ictimai dinləmə keçirilib, iştirakçıların sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.



Züleyxa Allahverdiyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35