Təhsil 365 - Logo Mobile

Abşeronda 16 yaşlı qızı qaçıran axund vəzifəsindən xaric edilib

8625.06.2025 - 06:40
Abşeronda 16 yaşlı qızı qaçıran axund vəzifəsindən xaric edilib

Abşeronda 16 yaşlı qızı qaçıran rayonun Aşağı Güzdək qəsəbə məscidinin imam müavini Turab Tahirov vəzifəsindən azad edilib.

“Tehsil365” Teleqrafa istinadla xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.Məlumata görə, bununla bağlı Dövlət Komitəsinin sədri Ramin Məmmədov əmr imzalayıb.

“Turab Tahirovin vəzifədən azad olunması barədə əmr “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.9-cu bəndinə uyğun olaraq imzalanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.9-cu bəndində göstərilir ki, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdiyi halda tutduğu vəzifədən uzaqlaşdırıla bilər”, – qurumdan bildirilib.

Qeyd edək ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Əliqan oğlu Tahirov qəsəbədən 16 yaşlı qız qaçırıb.

Ramidə Əliyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35