Təhsil 365 - Logo Mobile

Nazir müavini:Hazırda Qarabağda 14 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir

8725.06.2025 - 08:10
Nazir müavini:Hazırda Qarabağda 14 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir

“Qərbi Azərbaycana qayıdışla bağlı gənclərdə lazımi bilik formalaşmalıdır”.

“Tehsil365” xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən “Mirasa sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forumda elm və təhsil nazirinin müavini Firudin Qurbanov səsləndirib.

O qeyd edib ki, qısa zamanda Qərbi Azərbaycanla bağlı bütün həqiqətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılıb:

“Necə ki, Qarabağda quruculuq işləri gedir, təbii ki, Qərbi Azərbaycanda da quruculuq işləri görüləcək. Hazırda Qarabağda 14 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Artıq Qarabağ Universitetində mindən çox tələbə təhsil alır. 44 günlük Vətən müharibəsində biz qələbə qazandıq, torpaqlarımız geri qayıtdı, quruculuq işləri başladı. Bütün bunlar Qayıdış Konsepsiyamızı zəruri etdi. Biz xalq olaraq tarixdən dərs çıxarmalıyıq. Azərbaycan təhsili Qərbi Azərbaycana da qayıdacaq. Qərbi Azərbaycanda Azərbaycan dilində tədris aparılan 300 məktəb fəaliyyət göstərirdi. Bu gün çap olunan “Qərbi Azərbaycan məktəbləri” kitabında həmin dövrdə fəaliyyət göstərən on böyük məktəb haqqında maraqlı faktlar yer alır”.

Ramidə Əliyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35