Təhsil 365 - Logo Mobile

Azərbaycanda Dənizçilər Günü qeyd olunur

6825.06.2025 - 14:40
Azərbaycanda Dənizçilər Günü qeyd olunur

Bu gün, 25 iyun, Azərbaycanda dəniz nəqliyyatı sahəsində çalışanların peşə bayramı – Dənizçilər Günü qeyd olunur. 2014-cü il iyunun 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən bu tarix hər il ölkəmizdə dənizçilərin bayramı kimi qeyd edilir.

"Tehsil365" xatırladır ki, Dənizçilər Günü münasibətilə ölkə üzrə müxtəlif tədbirlər keçirilir. Dövlət Dəniz və Liman Agentliyinin, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və digər qurumların kollektivləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Bayram çərçivəsində dənizçilərə fəxri fərmanlar və mükafatlar təqdim olunub, dəyirmi masalar və seminarlar təşkil edilib.

Qeyd edək ki, bu il Dənizçilər Günü dünyada “Mənim təcavüzdən azad gəmim” şüarı altında keçirilir. Bu, dənizçilərin təhlükəsiz və layiqli iş şəraitinin təmin olunmasına çağırış xarakteri daşıyır.

Gülgəz Qasımzadə

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35