Təhsil 365 - Logo Mobile

BMU-da təntənəli “Məzun günü” keçirilib

6426.06.2025 - 08:50
BMU-da təntənəli “Məzun günü” keçirilib

26 iyun 2025-ci il tarixində Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ilinin “Məzun günü” təntənəli şəkildə qeyd olunub. Tədbir Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsinin anılması ilə başlayıb, ardınca Dövlət Himni səsləndirilib.

“Tehsil365” xəbər verirki, Universitetin rektoru Yaqub Piriyev çıxışında məzunlara uğurlar arzulayaraq, onların bilik və təcrübələrinin gələcək həyatlarında uğurlu karyera qurmaqda əsas rol oynayacağını bildirib. BMU-nun son illərdəki inkişafını, “QS 2026” reytinqində ilk TOP 1000-likdə yer almasını, yeni ixtisaslar və beynəlxalq əməkdaşlıqlar sayəsində universitetin mövqeyinin gücləndiyini vurğulayıb. Bu il BMU-dan 1191 məzunun olduğunu qeyd edən rektor, onların işlə təminatı baxımından da universitetin nüfuzunun artdığını söyləyib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Nigar Məmmədova və İctimai Şura sədri Xatirə İsmayılova çıxış edərək gəncləri təbrik edib, onların təhsil, vətənə sevgi və peşəkarlıqla Azərbaycanın inkişafında mühüm rol oynayacaqlarını vurğulayıblar.

“İnformasiya texnologiyaları” ixtisası üzrə universitet birincisi Səidə Ərəbova çıxışında BMU-da aldığı ikinci ali təhsilin ona geniş imkanlar yaratdığını bildirib və müəllimlərinə təşəkkür edib.

Tədbir “Zəfər yolu” mahnısının ifası, fakültə və ixtisas birincilərinin mükafatlandırılması, məzunların ənənəvi “papaq atma” mərasimi, eləcə də Xalq artisti Röya Ayxanın konsert proqramı ilə başa çatıb.




Züleyxa Allahverdiyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35