Təhsil 365 - Logo Mobile

Rezidenturaya Qəbul: Sabah 1286 Namizəd İmtahan Verəcək

6928.06.2025 - 08:10
Rezidenturaya Qəbul: Sabah 1286 Namizəd İmtahan Verəcək

Sabah 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçiriləcək.

DİM-dən “Tehsil365”ə bildirilib ki, imtahanda iştirak etmək üçün 1286 namizəd qeydiyyatdan keçib. Onlardan 990 nəfər Azərbaycan, 296 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 533 nəfəri oğlan, 753 nəfər qızdır. 185 nəfər cari ilin, 535 nəfər əvvəlki illərin məzunudur. 566 nəfər isə növbəti illərdə məzun olacaq. 11 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Züleyxa Allahverdiyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35