Təhsil 365 - Logo Mobile

Ali təhsil müəssisələrində nəzəri biliklər üstünlük təşkil edir"

5428.06.2025 - 09:15
Ali təhsil müəssisələrində nəzəri biliklər üstünlük təşkil edir"

Hazırda ölkəmizdə ali təhsil sistemi ilə bağlı əsas tənqidlərdən biri, tədrisin əsasən nəzəri biliklərə əsaslanmasıdır. Universitet məzunlarının böyük hissəsi əldə etdikləri bilikləri əmək bazarında tətbiq etməkdə çətinlik çəkir. Bu da gənclər arasında ali təhsilə inamın azalmasına, universitetlərin isə nüfuz itirməsinə səbəb olur.

Tehsil365”ə açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, mövcud ali təhsil sistemi müasir əmək bazarının tələblərinə cavab verməkdə çətinlik çəkir:

“Universitetlərdə keçirilən dərslərin böyük əksəriyyəti nəzəriyyəyə əsaslanır. Tələbələr bu bilikləri real əmək bazarında tətbiq edə bilmirlər. Bu isə onları düşündürür ki, ali təhsildə keçirdikləri 4 il əslində itirilmiş vaxtdır. Praktiki bacarıqlar verilsə də, bu, çox azlıq təşkil edir.”

Ekspertin fikrincə, yaranmış vəziyyət hökumətin diqqətindən kənarda qalmayıb:

“Dövlət artıq daha qısa müddətli, lakin praktik yönümlü proqramların hazırlanmasına çalışır. Məqsəd – gəncləri daha qısa zamanda, amma real iş bacarıqları ilə təmin edərək əmək bazarına hazırlamaqdır.”

Nərminə Eyyubova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35