Təhsil 365 - Logo Mobile

Bakı Ali Neft Məktəbində data analitikası adlı yeni ixtisası açılır

6330.06.2025 - 08:20
Bakı Ali Neft Məktəbində data analitikası adlı yeni ixtisası açılır

Bakı Ali Neft Məktəbində (BANM) data analitikası ixtisası açılır.

BANM-dən “Tehsil365”ə bildirilib ki, yeni ixtisasın açılmasında məqsəd böyük həcmli məlumatların toplanması, təhlili, vizuallaşdırılması və əsaslandırılmış qərarların verilməsi bacarıqlarını formalaşdırmaqdır. Tələbələr riyazi modelləşdirmə, statistika, proqramlaşdırma (Python, R, SQL), məlumat vizuallaşdırması və analitik düşüncə kimi əsas bacarıqlara yiyələnəcəklər.

Data analitikası iqtisadiyyat, maliyyə, səhiyyə, informasiya texnologiyaları, logistika, təhsil və dövlət sektorunda tətbiq edilir.

Bu ixtisası bitirənlər data analitiki, “Data Scientist”, biznes analitiki, məlumat mühəndisi, vizuallaşdırma üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilərlər.

Yeni ixtisas üzrə “Data Science”, süni intellekt, statistik modelləşdirmə, proqram mühəndisliyi və maliyyə üzrə magistr və doktorantura proqramları kimi təhsil imkanları mövcuddur.

Ramidə Əliyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35