Azərbaycanda 30 iyun Milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix Fərizə və İlham Allahverdiyevlərin 1989-cu ilin həmin günündə ailə qurması ilə bağlıdır. Onların sevgisi qısa, lakin əbədi bir rəmzə çevrilib.
“Tehsil365'“ xəbər verirki, 1990-cı il 20 Yanvar faciəsində İlham şəhid oldu. Həyat yoldaşı Fərizə bu itkiyə dözməyərək intihar etdi. Onların taleyi Azərbaycanda sevgi, sədaqət və fədakarlığın simvoluna çevrildi. Bu səbəbdən 30 iyun ölkəmizdə hər il sədaqətli məhəbbətin təcəssümü olaraq qeyd edilir.