Təhsil 365 - Logo Mobile

AzMİU tələbələrinin uğuru: Dünya Robot Çempionatının Azərbaycan finalı

6630.06.2025 - 11:20
AzMİU tələbələrinin uğuru: Dünya Robot Çempionatının Azərbaycan finalı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Dünya Robot Çempionatının (WRC) Azərbaycan finalında uğurla iştirak ediblər.


“Tehsil365” xəbər verir ki, yarışma Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IRIA) və Azərbaycan Robotexnika və Avtomatlaşdırma Cəmiyyəti (AREA) tərəfindən dəstəklənib.


AzMİU-nu bu nüfuzlu texnoloji yarışmada təmsil edən iki komanda – “Phoenix Bakı” və “Prime.tech” yüksək texniki hazırlıq, komanda işi və mühəndislik bacarıqları nümayiş etdiriblər. Komandaların hər biri universitetin müxtəlif mühəndislik ixtisaslarında təhsil alan və Tələbə Elmi Cəmiyyətinin fəal üzvləri olan tələbələrdən ibarət olub.


“Phoenix Bakı” komandasının tərkibində Nuray Abdullayeva, Cavad Əliyev və Vaqif Axundzadə olub. Bu komanda yarışmanın bir neçə mərhələsindən uğurla keçərək finalda III yerə layiq görülüb və 2025-ci ildə Hindistanın Dehli şəhərində keçiriləcək dünya finalına vəsiqə qazanıb. Final mərhələsində komanda Qarabağ Universiteti və Bakı Mühəndislik Universitetinin INHA komandası ilə qarşılaşaraq gərgin mübarizə aparıb, texniki və strateji baxımdan güclü çıxışları ilə fərqlənib.


“Prime.tech” komandasında isə Əli Mustafayev və Emil Məmmədzadə, eləcə də Nicat Hətəmli yer alıb. Komanda yarışmanın müxtəlif mərhələlərində fəal iştirak edərək universitetimizi layiqincə təmsil edib.


Komandaların yarışa hazırlanmasında və təşkilati işlərin həyata keçirilməsində Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva mühüm rol oynayıb.

Gülgəz Qasımzadə

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35