Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) koordinatoru, dosent Aynur Qəzənfərqızı beynəlxalq səviyyədə fəaliyyət göstərən Türk Birlikləri Təşkilatı Federasiyasının idarə heyətinə üzv seçilib.
“Tehsil365” xəbər verir ki, Dos. Aynur Qəzənfərqızı federasiyada Genəl başqanın Xalqla Əlaqələr Qurumu üzrə məsul yardımçısı vəzifəsini icra edəcək. O, bu vəzifədə türk dünyası ölkələri arasında əlaqələrin inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərəcək.
Türk Birlikləri Təşkilatı Federasiyası müxtəlif sahələri əhatə edən mütəxəssislərin bir araya gəldiyi beynəlxalq qurumdur. Federasiyanın əsas məqsədi türk xalqları arasında elmi, iqtisadi, hüquqi və ictimai əməkdaşlığın inkişaf etdirilməsi, ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsidir.
Bu təyinat, Dos. Aynur Qəzənfərqızının elmi və ictimai fəaliyyətinə verilən dəyərin göstəricisi kimi qiymətləndirilir.