Təhsil 365 - Logo Mobile

DİA-da dövlət qurumlarının təlim mərkəzləri üçün növbəti təlim keçirilib

9330.06.2025 - 13:00
DİA-da dövlət qurumlarının təlim mərkəzləri üçün növbəti təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) mərkəzi icra hakimiyyəti orqanlarının təlim mərkəzlərinin əməkdaşları üçün növbəti təlim keçirilib.

DİA-dan “Tehsil365 “-ə bildirilib ki, tədbir Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı və 2020-ci il 13 fevral tarixli Sərəncamla təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 2.8-ci bəndinə uyğun olaraq təşkil olunub.

Təlimdə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Dövlət Miqrasiya Xidmətinin və “ASAN xidmət”in təlim mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik siyasəti: suverenliyə aparan yol” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində tətbiq olunan innovativ islahatlar, şəffaflıq, səmərəlilik və vətəndaş məmnunluğuna əsaslanan yanaşmalar ətraflı təqdim olunub. Qeyd edilib ki, həyata keçirilən islahatlar ölkənin müstəqilliyinin qorunması və suverenliyinin gücləndirilməsinə xidmət edir, idarəetmə sisteminin təkmilləşdirilməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına zəmin yaradır.

Akademik U.Ələkbərov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlətçilik və idarəçilik kursunu Prezident İlham Əliyev uğurla davam etdirir və yeni mərhələyə yüksəldir. İnnovativ idarəetmə texnologiyalarının tətbiqi nəticəsində ölkə bir sıra strateji nailiyyətlər əldə edib.

Rektor, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva humanitar, sosial və mədəni sahələrdə geniş fəaliyyət göstərir. Onun təşəbbüsləri təhsil, səhiyyə, mədəniyyət və beynəlxalq humanitar əlaqələrin inkişafına mühüm töhfə verib.

Təlim zamanı rektor, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ekoloji sivilizasiyaya keçid, inklüziv cəmiyyətin qurulması və davamlı inkişafın təşviqi sahəsində həyata keçirdiyi layihələr barədə danışıb.

Mühazirənin sonunda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Təlim diskussiya formatında davam edib.

Nərminə Eyyubova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35