Təhsil 365 - Logo Mobile

ATU 2024–2025-ci tədris ilini “Təbib”də yekunlaşdırdı: təhsil və istirahətə dair yeni hədəflər müəyyənləşdi

8630.06.2025 - 13:10
ATU 2024–2025-ci tədris ilini “Təbib”də yekunlaşdırdı: təhsil və istirahətə dair yeni hədəflər müəyyənləşdi

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi 2024-2025-ci tədris ilinin yekunları ilə bağlı hesabat verib.

ATU-dan “Tehsil365 “-ə verilən məlumata görə, universitetin Böyük Elmi Şurasının yekun iclası bu dəfə Nabranda yerləşən “Təbib” İstirahət Mərkəzində təşkil olunub. Təbiətin qoynunda keçirilən iclas universitet həyatının mühüm mərhələsini yekunlaşdırmaqla yanaşı, təhsil və elmi fəaliyyətin gələcək hədəflərini müəyyənləşdirmək baxımından da əlamətdar olub.

İclasda 2024-2025-ci tədris ilinin yekun nəticələri, universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Professor-müəllim heyətinin fəaliyyəti qiymətləndirilib, fakültələrdə aparılan islahatlar, tələbə nailiyyətləri və elmi-tədqiqat göstəriciləri təhlil olunub. Gələn il üçün innovativ tədris metodlarının tətbiqi, beynəlxalq əməkdaşlıq proqramlarının genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi istiqamətində qərarlar qəbul edilib.

Bununla yanaşı, “Təbib” İstirahət Mərkəzində iki yeni korpusun rəsmi açılışı olub. Tədbirdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli istirahət mərkəzinin daim diqqətdə saxlanılmasını universitet rəhbərliyinin sosial siyasətinin mühüm hissəsi kimi dəyərləndirib. O, hər il yeni korpusların əsaslı təmir olunduğunu, yüksəkkomfortlu şəraitlə təmin edildiyini, istirahət mərkəzində mütəmadi olaraq abadlıq işlərinin aparıldığını bildirib. Rektor “Təbib” İstirahət Mərkəzinin ATU-ya verilməsi və əməkdaşların bu şəraitdən yararlanması üçün yaradılan imkanlara görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. Əlavə edib ki, universitet rəhbərliyi gələcəkdə də bu istiqamətdə işi davam etdirəcək, əməkdaşların sağlam və rahat istirahətinin təşkili üçün ardıcıl tədbirlər həyata keçirəcək.

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Cahangir Qasımov mərkəzdə görülən işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, “Təbib” İstirahət Mərkəzində həyata keçirilən abadlıq və yenidənqurma işləri 2013-cü ildən etibarən Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə təmin olunur. Yeni korpuslarda istirahət edənlərin rahatlığı üçün zəruri avadanlıqlar quraşdırılıb, müasir şərait yaradılıb. ATU-nun müəllim və əməkdaşlarının keyfiyyətli istirahətinin təmin olunması məqsədilə qarşıdakı illərdə burada aparılan işlər daha da genişləndiriləcək.

Qeyd edək ki, hər il “Təbib” İstirahət Mərkəzində ATU-nun yüzlərlə əməkdaşı - professor-müəllim heyəti, texniki işçilər, onların ailə üzvləri və tələbələr istirahət etmək imkanı qazanırlar. Mərkəz ATU-nun əməkdaşlarının hərtərəfli və sağlam istirahətini təmin etmək məqsədilə yaradılıb. COVID-19 pandemiyası dövründə mərkəzin fəaliyyəti bir müddət məcburi olaraq dayandırılsa da, hazırda “Təbib” İstirahət Mərkəzi tam gücü ilə fəaliyyət göstərir. Hər il yay mövsümündən əvvəl burada təmir və müvafiq abadlıq işləri aparılır.

Bildirək ki, artıq üçüncü ildir Böyük Elmi Şuranın yekun iclası “Təbib” İstirahət Mərkəzində keçirilir.

Nərminə Eyyubova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35