Təhsil 365 - Logo Mobile

Metodist olmaq istəyən müəllimlər üçün sənəd qəbulu başladı – son müraciət tarixi 30 iyun 2025

8530.06.2025 - 14:50
Metodist olmaq istəyən müəllimlər üçün sənəd qəbulu başladı – son müraciət tarixi 30 iyun 2025

Ölkənin müxtəlif regionlarından sertifikasiya imtahanından uğurla keçən fənn müəllimləri (ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat) və 2025-ci ilin iyun ayında sertifikasiyadan keçəcək olan fənn müəllimləri (coğrafiya, biologiya, kimya, fizika və informatika) müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Tehsil365 “xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:

  • Pedaqoji təhsil;

  • Ən azı 7 illik pedaqoji təcrübə;

  • Sertifikasiya balı 51 və 51-dən yuxarı;

  • İKT bacarıqları;

  • Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.

Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.

Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.

Qeydiyyat üçün son müraciət tarixi 30 iyun 2025-ci ildir.

Qeydiyyatdan keçmək üçün müvafiq keçidə daxil ola bilərsiniz: 

//docs.google.com/forms/d/1y6xgieLqYedsEc5bAUZOSu9xiE8eUeLhBy_QrzbetoE/viewform?edit_requested=true

Nərminə Eyyubova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35