Təhsil 365 - Logo Mobile

BDU-nun məzunu Cənubi Koreyada magistratura təhsili alacaq

9201.07.2025 - 08:40
BDU-nun məzunu Cənubi Koreyada magistratura təhsili alacaq

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin biotexnologiya ixtisası üzrə ilk məzunlarından olan Şəhla Həmidova Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan Koreya Universitetində magistratura təhsili almaq hüququ qazanıb. O, ictimai səhiyyə (cəmiyyət sağlamlığı və sosial epidemiologiya) ixtisası üzrə təhsilini davam etdirəcək.

BDU-dan “Tehsil365”ə bildirilib ki, Şəhla Həmidova Koreya Respublikasının beynəlxalq tam təqaüd proqramı olan “Global Korea Scholarship” (GKS) proqramının qalibidir. Bu proqram üzrə müraciət edən yüzdən çox tələbə arasından yalnız beş nəfər seçilib.

GKS proqramı çərçivəsində dörd semestrlik təhsil haqqı, hər ay təxminən 1260 manat məbləğində aylıq təqaüd, sağlamlıq sığortası, gediş-gəliş xərcləri və viza dəstəyi daxil olmaqla bütün xərclər tam şəkildə maliyyələşdirilir.

Koreya Universiteti “QS World University Rankings 2026”da dünya üzrə 61-ci yerdə qərarlaşıb.

Şəhla Həmidova bakalavr təhsilini 92.32 bal ortalaması ilə başa vurub. İngilis və Koreya dillərini C1 səviyyəsində bilir.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35