Təhsil 365 - Logo Mobile

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

8101.07.2025 - 15:45
50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 2024/2025-ci tədris ilində başa vuran tələbələrin “Məzun günü” keçirilib. Universitetin fəaliyyətə başlamasının 50-ci ilində keçirilən mərasim “Bakı Kristal Zal” İdman Konsert Kompleksində baş tutub. 

“Tehsil365” xəbər verir ki, tədbirə universitetin rəhbərliyi, akademik heyəti, tanınmış elm və ictimaiyyət xadimləri, dövlət qurumlarının nümayəndələri, məzunlar və onların valideynləri böyük ruh yüksəkliyi ilə qatılıblar.

Universitetin rektoru professor Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək məzunları təbrik edib, onların təhsil prosesindəki səylərinə görə valideyn və müəllimlərini xüsusi təşəkkürlə yad edib. O, AzMİU-nun ötən 50 ildə keçdiyi inkişaf yolundan danışıb, universitetin ölkənin aparıcı ixtisaslaşmış ali təhsil müəssisələrindən biri kimi tanındığını vurğulayıb. Rektor bildirib ki, 2024/2025-ci tədris ilində ümumilikdə 2422 nəfər tələbə universiteti uğurla bitirib. Onların 2301 nəfəri adi əsaslarla, 70 nəfəri isə fərqlənmə diplomu ilə məzun olub. Məzunların sırasında 51 nəfər əcnəbi tələbə də yer alır ki, bu da AzMİU-nun beynəlxalq nüfuzunun və qlobal əməkdaşlıq imkanlarının artma göstəricisidir.

Bakalavriat səviyyəsini 1292 nəfər, magistratura səviyyəsini 631 nəfər tələbə başa vurub. Universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecin isə bu il 499 nəfər məzunu olub. Eyni zamanda, AzMİU-nun həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində bu il 6 tələbə məzun olub ki, onların 5-i Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Bu göstəricilər universitetin çoxpilləli, çevik və beynəlxalq yönümlü təhsil strategiyasının uğurla reallaşdığını təsdiqləyir.

"Məzun günü" mərasimində çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu il Azərbaycan ali təhsil müəssisələrinin 63 mindən artıq məzunu var. Məzunlara müraciət edən nazir müavini deyib ki, qlobal çağırışlar gəncləri daim öyrənməyi tələb edir və harda olmalarından asılı olmayaraq daim öyrənməlidirlər.

Nazir müavini ali təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq inkişafda gənclərin öz töhfələrini verəcəklərinə inandığını deyib.

Mərasimdə iştirak edən rəsmi şəxslər və fəxri qonaqlar – elm, sənaye və dövlət sektorunu təmsil edən tanınmış simalar da çıxış edərək gəncləri bu əlamətdar gün münasibətilə təbrik ediblər. Onlar məzunların əldə etdiyi bilik və bacarıqların Azərbaycanın inkişafı, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı quruculuq işləri üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, AzMİU-nun yetişdirdiyi mühəndis, memar, dizayner və digər mütəxəssislər ölkənin dayanıqlı inkişaf strategiyasında mühüm rol oynayacaq.

Rəsmi hissənin sonunda universitet rəhbərliyi və qonaqlar tərəfindən müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub. Eyni zamanda, təhsil müddətində ictimai fəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakları ilə fərqlənən məzunlar da xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Mərasim bədii-musiqili proqramla davam edib.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35