Təhsil 365 - Logo Mobile

ADNSU-nun komandası “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub - FOTO

7402.07.2025 - 07:00
ADNSU-nun komandası “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Vendetta” komandası “Nə? Harada? Nə zaman?” oyunu üzrə keçirilən “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub.

Universitetdən “Tehsil365”ə bildirilib ki, cari mövsüm 1800-dən çox tələbəni əhatə edən yarış ölkənin 9 regionu və Bakı şəhərindən olan 28 ali təhsil müəssisəsini təmsil edən 278 komandanı bir araya gətirib. Turnir üç seçim mərhələsi üzrə təşkil olunub.

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, həmçinin Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən yarışın final mərhələsində ölkənin müxtəlif regionlarından gələn 32 komanda mübarizə aparıb.

Yekun nəticələrə əsasən, birinci yerə “Vendetta” komandası (ADNSU) layiq görülüb. Azərbaycan Tibb Universitetinin “Old School” və “HipHoprat” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35