Təhsil 365 - Logo Mobile

NDU-nun tələbələri Türkiyənin qabaqcıl universitetlərində təcrübədə olacaqlar - FOTO

2802.07.2025 - 07:45
NDU-nun tələbələri Türkiyənin qabaqcıl universitetlərində təcrübədə olacaqlar - FOTO

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Türkiyənin qabaqcıl universitetlərində təcrübədə olacaq Tibb fakültəsinin heyəti ilə görüşüb.

Universitetdən “Tehsil365”ə bildirilib ki, görüşdə rektor Elbrus İsayev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-nun icra olunan fəaliyyətlərindən bəhs edib.

Rektor bu çərçivədə həyata keçirilən ikili diplom layihələri, əcnəbi professorların tədrisə, tədqiqata cəlbi və ən əsası Türkiyənin bir sıra ali məktəblərində yaradılan təcrübə imkanlarının önəminə diqqət çəkib. Hər il ənənəvi qaydada təşkil olunan bu prosesin iştirak edəcək heyət üçün nəzəri biliklərini təcrübə ilə zənginləşdirmək, beynəlxalq təcrübədən faydalanmaq, gələcək fəaliyyətlərinə zəngin bilik qazandırmaq baxımından böyük fürsət olduğu bildirilib. Elbrus İsayev beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələrin praktik biliklərinin artırılmasının NDU-nun inkişaf strategiyasında əsas prioritetlərdən olduğunu vurğulayıb. Rektor növbəti tədris ilində də əcnəbi professor-müəllimlərin tədrisə cəlbinin planlaşdırıldığını əlavə edib.

Tədris departamentinin direktoru Şahin Əliyev bildirib ki, NDU ilə Türkiyənin bir sıra ali məktəbləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq universitetin Tibb fakültəsinin 240 nəfərlik müəllim, həkim və tələbələrindən ibarət heyəti iyulun 7-dən 18-dək qardaş ölkədə təcrübələrə başlayacaqlar.

Vurğulanıb ki, bu il 206 tələbə və 14 həkim-rezident istehsalat təcrübəsinə, 20 həkim-müəllim isə ixtisasartırma kurslarına göndərilir. Təcrübələr Türkiyənin nüfuzlu ali təhsil ocaqları olan Hacettepe, Ankara, Qazi, Ege və Qaradəniz Texniki universitetlərində təşkil ediləcək.

Sonda təcrübədə olacaq tələbələr bu imkanın yaradılmasına görə təşəkkürlərini bildiriblər.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35