Təhsil 365 - Logo Mobile

BANM-in 9 tələbəsi TÜBİTAK-da istehsalat təcrübəsi keçəcək

7402.07.2025 - 09:20
BANM-in 9 tələbəsi TÜBİTAK-da istehsalat təcrübəsi keçəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kompüter mühəndisliyi ixtisasının tələbələri - Nərgiz Əliyeva, Sahib Rzayev, Firuzə Ağayeva, Banuçiçək Məmmədova, Cəmilə Namazova, Sona Nağdəliyeva, Sənan Yaqubov, Sevinc Əliyeva və Nicat Əlizadə Türkiyədə nüfuzlu elmi-tədqiqat qurumu olan TÜBİTAK-da istehsalat təcrübəsi keçəcək.

Universitetdən “Tehsil365”ə bildirilib ki, təcrübə proqramı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin Elm və Texnoloji Tədqiqatlar Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatlar Mərkəzi (BİLGEM) ilə BANM arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir.

Proqram çərçivəsində tələbələrin bütün xərcləri qarşılanacaq. Məqsəd tələbələrin informasiya texnologiyaları, kibertəhlükəsizlik və proqram təminatı sahəsində bilik və bacarıqlarını artırmaq və onlara beynəlxalq təcrübə qazandırmaqdır.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35