Təhsil 365 - Logo Mobile

Bülbül adına orta ixtisas məktəbində musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları keçirilir - FOTO

7702.07.2025 - 11:51
Bülbül adına orta ixtisas məktəbində musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları keçirilir - FOTO

Bülbül adına orta ixtisas məktəbində musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb.

Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İmtahana gələn abituriyentlər (subbakalavrlar) şəxsiyyət vəsiqəsinin əslini, imtahana buraxılış vərəqəsini, proqram formasını, musiqi alətini (fortepiano aləti istisna olmaqla) və ifa edəcəyi əsərlərin notlarını mütləq gətirməlidirlər.

İxtisas imtahanında abituriyent proqramı ifa etməli, ifaçılıq qabiliyyətini və səhnə mədəniyyətini nümayiş etdirməlidir. İmtahan proqramı konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Abituriyentləri müşayiət edəcək konsertmeysterlər linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) imtahana buraxılış vərəqəsini DİM-in saytında verilmiş qrafikə uyğun olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə çap etməlidirlər.

Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edilir.

Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdırlar. Qəbul proqramları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35