Təhsil 365 - Logo Mobile

İyun ayında 13 326 müraciət daxil olub

9202.07.2025 - 15:54
İyun ayında 13 326 müraciət daxil olub

İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 326 müraciət daxil olub.

İdarədən “Tehsil365”ə verilən məlumata əsasən,daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 105 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 336 müraciət daxil olub.

BŞTİ-yə 2 474 sənəd (vətəndaşlar tərəfindən 440 ərizə, Elm və Təhsil Nazirliyindən 346, digər qurumlardan 180, tabelikdə olan təhsil müəssisələrindən 452 məktub və 1 056 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 411 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35