Təhsil 365 - Logo Mobile

Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

7602.07.2025 - 16:11
Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

10, 11 və 12-ci komissiyalar üzrə Bakı şəhərində qabiliyyət imtahanı verən abituriyentlər  “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.

Qeyd edək ki, 10, 11, 12, həmçinin 15-ci komissiyalar üzrə qeydiyyatdan keçmiş abituriyentlər iki fəndən qabiliyyət imtahanı verirlər.

Abituriyentlər 10, 11 və 15-ci komissiyalar üzrə rəsm və rəngkarlıq, 12-ci komissiya üzrə isə rəsm və yapma fənlərindən imtahan verirlər.

Rəsm fənnindən 6 bal və daha yuxarı qiymət almış abituriyentlər ikinci fənn üzrə də qabiliyyət imtahanında iştirak etməlidirlər.  

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal və başlanma vaxtı qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Qabiliyyət imtahanlarının məzmunu ,qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan  xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35