İyulun 3-də idarə müdiri Ağdam rayonunda vətəndaş qəbulu keçirib.
“Tehsil365” xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Ağdam rayonu Azər Kərimov adına Bənövşələr kənd tam orta məktəbində vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, əmək müqaviləsi müddətinin uzadılması həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində əməkdaşlara aiddiyatı üzrə müvafiq tapşırıqlar verib.