Təhsil 365 - Logo Mobile

Təkrar sertifikasiyadan keçə bilməyən müəllimlərlə görüşlər keçirilir

7104.07.2025 - 07:40
Təkrar sertifikasiyadan keçə bilməyən müəllimlərlə görüşlər keçirilir

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan və bu il keçirilmiş təkrar sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlərlə görüşlərə start verilib.


Bu barədə "Tehsil365"ə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, regional idarənin müvafiq əmrinə əsasən, təkrar sertifikatlaşdırma mərhələsində uğur qazana bilməyən təhsilverənlərlə işin təşkili məqsədilə xüsusi komissiya yaradılıb. Müəllimlər 2 iyul - 31 iyul 2025-ci il tarixləri arasında həftənin I-V günləri saat 14:00-dan 17:00-dək yaşadıqları və işlədikləri ərazi üzrə rayon təhsil sektorlarına yaxınlaşaraq komissiyaya müraciət edə bilərlər.


Qeyd olunub ki, görüşlər zamanı müəllimlərin ailə tərkibi və sosial vəziyyəti təhlil olunacaq, onların müvafiq qeyri-pedaqoji vakansiyalara uyğunluq meyarları müəyyənləşdiriləcək.


Komissiyaya müraciət edən şəxslər şəxsiyyət vəsiqəsi, diplom, əmək kitabçasının surətləri və sosial statuslarını təsdiq edən sənədləri təqdim etməlidirlər.

Gülgəz Qasımzadə

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35