Təhsil 365 - Logo Mobile

Qazax-Tovuz Regional Təhsil İdarəsinin 247 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib

8604.07.2025 - 12:50
Qazax-Tovuz Regional Təhsil İdarəsinin 247 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 247 məzunu 2024–2025-ci tədris ilində tam orta təhsil səviyyəsini fərqlənmə attestatı ilə başa vurub.

Tehsil365 “xəbər verir ki, bu göstərici region üzrə yüksək nəticə göstərən şagirdlərin sayının artdığını və təhsildə keyfiyyətə verilən önəmi əks etdirir.

Qeyd edək ki, tam orta təhsil haqqında fərqlənmə attestatı, yalnız təhsil müddətində bütün fənlər üzrə illik qiymətləri “əla” olan və buraxılış imtahanlarında hər bir fəndən minimum 75 bal toplayan məzunlara təqdim olunur.

Fərqlənmə attestatının verilməsi sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında müzakirə edilir və müvafiq qərar qəbul edildikdən sonra rəsmiləşdirilir.

Yüksək nəticə göstərərək fərqlənmə attestatına layiq görülən məzunlar həm pedaqoji heyətin əməyini, həm də şagirdlərin tədrisə məsuliyyətli yanaşmasını nümayiş etdirir.

Nərminə Eyyubova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35