Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Göyçə aşıq məktəbinin dahisi: Aşıq Alı – 225” adlı videoçarx hazırlayıb.
Bu barədə “Tehsil365”ə kitabxanadan məlumat verilib.
Bildirilib ki, videoçarx Prezident İlham Əliyevin aşıq sənəti haqqında fikirləri ilə başlayıb.
Videoçarxda 200-dən çox ustadı olan Göyçə aşıq məktəbinin XIX əsrdə öz zirvəsinə çatdığı diqqətə çatdırılır. Materialda Aşıq Alının həyat və yaradıcılıq yolu, aşıq sənətinə başlamasından, bu sənətin ululuğundan, yaşının əsrlərlə ölçülməsindən bəhs olunub. Həmçinin Aşıq Alının “Xatirəsi” bölməsi də var.
Videoçarxla bu linkdən tanış olmaq mümkündür.