Təhsil 365 - Logo Mobile

Naxçıvanda fərqlənmə attestatı alan 11-ci sinif məzunlarının sayı bu qədər artıb

7804.07.2025 - 15:10
Naxçıvanda fərqlənmə attestatı alan 11-ci sinif məzunlarının sayı bu qədər artıb

Naxçıvanda fərqlənmə attestatı alan 11-ci sinif məzunlarının sayı bu qədər artıb

Bu il tam orta təhsil səviyyəsi üzrə 467 məzun 200-250, 302 məzun 250-300 bal, iki məzun isə 300 bal toplayıb.

Bu barədə "Tehsil365"ə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrində də ötən illə müqayisədə müsbət dinamika müşahidə olunur.

Belə ki, 200-249 bal nəticə göstərən şagirdlərin sayı ötən illə müqayisədə 25, 250-300 bal toplayanların sayı 29, 200-300 bal nəticə göstərən şagirdlərin sayı isə 26 faiz artıb.

Həmçinin cari tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 196, tam orta təhsil səviyyəsi üzrə isə 277 məzun təhsilini fərqlənmə attestatı ilə bitirib.

Fərqlənmə attestatı ilə bitirən məzunların sayı ötən illə müqayisədə ümumi orta təhsil səviyyəsi üzrə 47, tam orta təhsil səviyyəsi üzrə isə 8 faiz artıb.

Ramidə Əliyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35