Təhsil 365 - Logo Mobile

Elxan Nəcəfov: "Buraxılış imtahanı göstəricilərimiz ötən illə müqayisədə minimum 20% artıb"

8604.07.2025 - 15:20
Elxan Nəcəfov: "Buraxılış imtahanı göstəricilərimiz ötən illə müqayisədə minimum 20% artıb"

"Biz buraxılış imtahanı ilə bağlı artıq bütün nəticələri paylaşa bilirik, göstəricilərimiz ötən illə müqayisədə minimum 20% artıb".

"Tehsil365"xəbər verir ki, bu sözləri Naxçıvanda 2024-2025-ci tədris ili üzrə nailiyyətləri olan şagirdlərin mükafatlandırılması tədbirində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

O bildirib ki, Naxçıvan Təhsil Nazirliyi son 2 ildə fəaliyyətini daha çox şagird nailiyyətlərinin artırılması istiqamətində qurmağa çalışır: "Əsas hədəfimiz olimpiada nəticələrini yüksəltmək, müxtəlif fənn üzrə və müsabiqələrdə nəticələrimizi artırmaqdır.

Bu il Respublika fənn olimpiadalarında nəticələrimiz ötən illə müqayisədə 50 faiz artıb. Bu, kəmiyyət baxımından bizi qane etmir. Hədəfimiz RFO-da inkişaf göstəricilərinin faizlə deyil, bir neçə dəfə artmasıdır. Bunun üçün artıq yol xəritəmiz hazırdır.

Son üç ildə nazirlik olaraq Yusif Məmmədəliyev adına kimya-biologiya olimpiadası, Nəsrəddin Tusi adına fizika-riyaziyyat, fizika olimpiadasını təsis etmişik. Hər iki olimpiadanın əsas təşkilatçısı Azərbaycan Respublikası Təhsil İnstitutudur. Bu mərhələdə biz ona nail olmuşuq ki, əlimizdə çox yaxşı istedad bankı formalaşıb. Biz həmin olimpiadalarda aşağı yaş qrupu üzrə güclü şagirdlərin iştirak etdiyinə inanırıq. Əlavə missiyasımız odur ki, onları beynəlxalq və ümumrespublika olimpiadalarına hazırlayaq. Bizim buna iddialı bir neçə şagirdimiz var. Əminik ki, bir neçə ildən sonra onlar ölkəmizə beynəlxalq medallar qazandıra biləcəklər".

Ramidə Əliyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35