Təhsil 365 - Logo Mobile

Naxçıvan Muxtar Respublikasında şagirdlərin nailiyyətlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib -FOTO

7304.07.2025 - 16:00
Naxçıvan Muxtar Respublikasında şagirdlərin nailiyyətlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib -FOTO

İyulun 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci tədris ilində şagird nailiyyətlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

"Tehsil365" xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şagirdləri, onların müəllimləri və valideynlərini təbrik edərək 2024-2025-ci tədris ilində Muxtar Respublikada təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər, əldə olunan uğurlarla bağlı məlumat verib

Vurğulanıb ki, MR-də istedadlı şagirdlərin aşkara çıxarılması və onların elmi biliklərə yönləndirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Müsabiqə və olimpiadalarda uğurlu nəticələr əldə olunub.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, şagirdlərin təhsil menecerlərinin iştirakı ilə bir araya gəlməsi onlarda özünəinamın yaranmasında mühüm rol oynayır, gələcək fəaliyyətinə böyük dəstək verir.

Naxçıvan Qızlar Liseyinin məzunu, birinci cəhd blok imtahanlarında Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək, yəni 690 bal tolayan Sehrin Cəfərova öz uğur hekayəsini danışıb.

Tədbirdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq təhsil sahəsində həyata keçirilən tədbirlər, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq və inteqrasiya fəaliyyətləri, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətləririni artırılması ilə bağlı həyata keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə olimpiada və müsabiqələrin qaliblərinə, idmanın müxtəlif sahələr üzrə uğur qazanan və xüsusi bacarığı ilə seçilən, buraxılış və qəbul imtahanlarında ən yüksək nəticə göstərən şagirdlərə, həmçinin “Gənc xilasedici və yanğınsöndürən” yarışının qalibi olmuş Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbin şagirdlərinə hədiyyə və Təhsil Nazirliyinin diplomları təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Ramidə Əliyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35