2024–2025-ci tədris ilində 145 məktəbdənkənar təhsil müəssisəsində monitorinqlər aparılıb.
"Tehsil365" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı 2024-2025-ci tədris ilinə dair hesabatda qeyd olunub.
Monitorinqin nəticələrinə əsasən, davamiyyəti aşağı olan qruplara nəzarət gücləndirilib. Bununla yanaşı, tədris keyfiyyətinin artırılması məqsədilə müvafiq tövsiyələr verilib və icrası nəzarətdə saxlanılır. Eyni zamanda, yüksək nəticə göstərən qrupların təcrübəsinin digər müəssisələrdə tətbiqi nəzərdə tutulur.