Təhsil 365 - Logo Mobile

25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır

6104.07.2025 - 18:10
25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır

Ötən ildən etibarən məktəbdənkənar təhsil müəssisələrinə şagird qəbulu ilk dəfə olaraq elektron sistem vasitəsilə həyata keçirilib. Pilot layihə çərçivəsində 20 müəssisəni əhatə edən bu yenilik nəticəsində 13000-dən çox müraciət qeydə alınıb və 10000 şagird məktəbdənkənar təhsil müəssisələrinə qəbul olunub.

"Tehsil365" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı 2024-2025-ci tədris ilinə dair hesabatda qeyd olunub.

Bildirilib ki, 2025-ci ildə elektron sistemin əhatə dairəsi genişləndirilərək pilot müəssisələrin sayı 50-yə çatdırılıb.

"50 müəssisədə həyata keçiriləcək elektron qəbulda 25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır.

Hazırda məktəbdənkənar təhsil sahəsində ümumilikdə 29 idman növü və optimallaşdırma nəticəsində 10 istiqamət üzrə 73 adda dərnək fəaliyyət göstərir", – deyə məlumatda qeyd olunub

Ramidə Əliyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35