Təhsil 365 - Logo Mobile

Uşaq-gənclər idman məktəblərinin yetirmələri yerli və beynəlxalq yarışlarda1649 medal əldə ediblər

7704.07.2025 - 18:20
Uşaq-gənclər idman məktəblərinin yetirmələri yerli və beynəlxalq yarışlarda1649 medal əldə ediblər

2024-2025-ci tədris ili ərzində məktəbdənkənar təhsil istiqaməti üzrə 37 tədbir həyata keçirilib.

"Tehsil365" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı 2024-2025-ci tədris ilinə dair hesabatda qeyd olunub.

Bildirilib ki, idman istiqaməti üzrə keçirilən 18 sayda müxtəlif yarış və tədbirə 100000-ə yaxın məktəbli, yaradıcılıq istiqaməti üzrə keçirilən 19 sayda tədbir, festival, müsabiqə və sərgiyə 50 000-ə yaxın məktəbli cəlb edilib.

Həmçinin qeyd olunub ki, 2024-2025-ci tədris ili ərzində məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri müxtəlif yerli müsabiqə və beynəlxalq tədbirlərdə iştirak edib.

Sözügedən tədbirlərə uşaq-gənclər inkişaf mərkəzlərindən ümumilikdə 1500-ə yaxın dərnək üzvü cəlb edilib. Onlardan 92 nəfər I yerin, 72 nəfər II yerin, 116 nəfər III yerin qalibi olub. 193 nəfər dərnək üzvü beynəlxalq (Türkiyə, Özbəkistan, Azərbaycan, Albaniya, Gürcüstan, Bəhreyn, Latviya) müsabiqə və yarışlarda iştirak edib, onlardan 36 nəfəri I yerin, 4 nəfər II yerin, 1 nəfər III yerin qalibi olub. 32 dərnək üzvü “Grand Pri” və “Laureat”a layiq görülüb.

2024-2025-ci tədris ilində idman sahəsində uşaq-gənclər idman məktəblərinin yetirmələri yerli və beynəlxalq yarışlarda ümumilikdə 1649 medal əldə ediblər. Yerli yarışlarda 436 qızıl, 433 gümüş, 587 bürünc medal, beynəlxalq yarışlarda ümumilikdə 193 medal qazanıblar. Bunlardan 76 qızıl, 52 gümüş, 65-i bürünc medal təşkil edir.

Ramidə Əliyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35