Təhsil 365 - Logo Mobile

Özəl bağçada qrant hesabına təhsil alan uşaqların sayı 1200-dən çoxdur

9104.07.2025 - 18:30
Özəl bağçada qrant hesabına təhsil alan uşaqların sayı 1200-dən çoxdur

“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi çərçivəsində 188 mərkəzdə 341 icma əsaslı qrup təşkil edilib. Bu qruplara 4800-dən çox məktəbəqədər yaşlı uşaq cəlb olunub. Həmin uşaqların təlim-tərbiyəsi ilə təxminən 300 nəfər tərbiyəçi-müəllim məşğul olur.

“Tehsil365” xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin “2024-2025-ci tədris ili rəqəmlərdə” adlı hesabatında yer alıb.

Qeyd edilib ki, icma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 886 mərkəzdə (ümumi təhsil müəssisəsində) 1177 icma əsaslı qrup təşkil edilib. Bu qruplara 18 300 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Bu uşaqların təlim-tərbiyəsi ilə 1046 tərbiyəçi-müəllim məşğul olur.

Məlumatda o da bildirilib ki, dövlət-özəl əməkdaşlığı modeli ilə əlaqədar olaraq “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə müraciət edən 42 özəl məktəbəqədər təhsil müəssisəsinin 24-ündə 1200-dən çox uşaq qrant hesabına təhsil alır.

Ramidə Əliyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35