Təhsil 365 - Logo Mobile

Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür

6905.07.2025 - 10:10
Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür

Bu gün görkəmli teatr və kino aktyoru, Əməkdar artist, uzun illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışmış Əzizağa Qasımovun doğum günüdür.


“Tehsil365” xəbər verir ki, anadan olmasının 97-ci ildönümü tamam olan Əzizağa Qasımovun teatr və kinoda yaratdığı rollar bu gün də tamaşaçılar tərəfindən maraqla qarşılanır.


Əzizağa (Ağababa) Qasım oğlu Qasımov 1928-ci il iyulun 5-də Bakı şəhərində anadan olub. Əsl adı Ağababa olsa da oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb. 1936-cı ildə Bakı şəhəri 19 nömrəli məktəbin birinci sinfinə gedib. Yeddinci sinfi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləyib, həmçinin 4 saylı sənət məktəbində oxuyub. 1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub. Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlanıb. Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub və oranı 1951-ci ildə bitirib. Tələbə ola-ola Akademik Teatrın yardım heyətində çıxış edib, Xalq artisti, bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış eOxumağa böyük həvəs göstərən Əzizağa Qasımov Bakı Sənaye-Pedaqoji Texnikumunu bitirdikdən sonra sənədlərini Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan uğurla keçib. Buranı uğurla başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (hazırkı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) qəbul olunub. 1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (hazırkı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya gənc vokalistləri dəvət edib. İkinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist dəvət olunub və ömrünün sonuna kimi bu kollektivlə çalışıb. O, uzun illər bu teatrda həm mürəkkəb partiyaları oxuyub, həm də xarakterik rollar ifa edib.


Əzizağa Qasımov teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. “Azərbaycanfilm”in istehsalı olan “Ulduz” (Əliş), “Musiqi müəllimi” (Coğrafiya müəllimi), “Qaraca qız” (Bəy) ekran əsərlərində kiçik rollarda çıxış edib.


1982-ci ildə Əməkdar artist fəxri adına layiq görülən sənətkar 1985-ci il fevralın 18-də Bakıda vəfat edib.dib.

Gülgəz Qasımzadə

News Feed

PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35