Təhsil 365 - Logo Mobile

Mərakeşli jurnalistlər Azərbaycan Milli Kitabxanasının qonağı olublar -FOTO

7806.07.2025 - 06:50
Mərakeşli jurnalistlər Azərbaycan Milli Kitabxanasının qonağı olublar -FOTO

İyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana səfər edən mərakeşli jurnalistlər Azərbaycan Milli Kitabxanasının qonağı olublar.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, direktor professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının dünyanın 57 Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzaladığını, Mərakeş Milli Kitabxanası ilə isə mövcud müqavilənin oktyabr ayında yenilənəcəyini diqqətə çatdırıb. Beş milyona yaxın kitab fondu olan Azərbaycan Milli Kitabxanasının 2023-cü ildə 100 illik yubileyinin qeyd edildiyini vurğulayan direktor Milli Kitabxananın dünyanın 95-dən artıq milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi etdiyini söyləyib. O, Azərbaycan Milli Kitabxanasının bir çox beynəlxalq qurumlara da üzv olduğunu deyib.

Direktor son iki ildə Mədəniyyət Nazirliyi ilə birlikdə Azərbaycan Milli Kitabxanasının dünyanın 6 Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açıldığını diqqətə çatdırıb. Həmçinin Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, adət-ənənələrinin təbliği istiqamətində Milli Kitabxananın dünyaya açılan pəncərələrdən biri olduğunu qeyd edib.

Sonra Kərim Tahirov Mərakeşin Elektron Media Nyus jurnalının jurnalisti Driss Lyakoubi, “Morocco World News” jurnalının həmtəsisçisi və direktoru Adnane Bennis, “Maroc Habdo” fransızdilli həftəlik siyasi jurnalın jurnalisti Aissa Amourag və digər jurnalistlər tərəfindən verilən sualları cavablandırıb.

Adnane Bennis tərəfindən “The Self-Determination Delusion: How Activist Scholars and Journalists Have Hijacked the Western sahara Case” kitabı Azərbaycan Milli Kitabxanasının direktoruna hədiyyə edilib.

Sonra Azərbaycan Milli Kitabxanası ilə tanışlıq olub.

Sonda Kərim Tahirov qonaqlara Milli Kitabxananın 100 illik yubileyi münasibətilə çap olunan “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu hədiyyə edib.

Ramidə Əliyeva

News Feed

PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35