2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına və I siniflərə qəbul üzrə ərizələrin onlayn qeydiyyatına iyunun 21-dən start verilib.
“Tehsil365 “xəbər verir ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi mərhələsi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla, digər rayon və şəhərlər üzrə iyulun 8-dən, Bakı şəhəri üzrə isə iyulun 9-dan başlanacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçimi ölkə üzrə iyulun 10-da həyata keçiriləcək.
Məktəbəhazırlıq qruplarına qəbul prosesi sentyabrın 12-də yekunlaşacaq. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında aparılacaq.