Təhsil 365 - Logo Mobile

Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

9609.07.2025 - 07:20
Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi tamam olur. Görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Gənclər Kitabxanasında “Böyük söz ustadı Seyid Əzim Şirvani 190” adlı elektron məlumat bazası hazırlanıb.

Tehsil365-ə Kitabxanadan bildirilib ki, məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Elektron məlumat bazasında yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, şairin müdrik kəlamları, rəsmi sənədlərlə yanaşı, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Seyid Əzim Şirvani”, filologiya üzrə fəlsəfə doktoru ədəbiyyatşünas Mətanət Vahidin “Seyid Əzim və Füzuli: ənənə və davamçılıq məsələlərinə ədəbiyyatşünaslığımızın münasibəti” və Əməkdar jurnalist İradə Əliyevanın “Aşiqanə qəzəlxan, realist satirik, maarifçi ziyalı” kimi məqalələrin tam mətni təqdim edilir. Elektron bazada görkəmli şairin özbək, rus, ingilis dillərinə tərcümə edilən yaradıcılıq nümunələrinin, təmsillərinin, yazıçı haqqında dövri mətbuatda dərc edilmiş publisistik məqalələrin, qələmə alınan kitabların siyahıları yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Seyid Əzim Şirvani və mətbuat”, “Not və əlyazmalar”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri də təqdim edilir.

Zülfiyyə Məmmədova

News Feed

PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35