“Kollec məzunu olan müəllimlərin sertifikasiya imtahanlarında nəticələri aşağıdır”.
Tehsil365 xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə müəllimlik ixtisasları üzrə hazırlıq dayandırılıb.
Nazir əlavə edib - “Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”.