Təhsil 365 - Logo Mobile

Zəkəriyyə Qurbanov bu gün 37 yaşını qeyd edir

8910.07.2025 - 20:00
Zəkəriyyə Qurbanov bu gün 37 yaşını qeyd edir

Görmə məhdudiyyətli yazar, "Gözün ol mənim" kitab klubunun rəhbərlərindən biri və "Tehsil365" informasiya agentliyinin poeziya bölməsinin rəhbəri Zəkəriyyə Əlisa oğlu Qurbanovun bu gün doğum günüdür.

"Tehsil365" xəbər verir ki, Zəkəriyyə Qurbanov 1988-ci ilin 11 iyulunda Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. 1994-cü ildə Dərvişli kənd orta məktəbinin I sinfinə daxil olub. Lakin 2000-ci ildən etibarən görmə qabiliyyətini itirdiyinə görə təhsilini Bakı şəhərindəki 5 saylı fiziki qüsurlu uşaqlar üçün orta internat məktəbində davam etdirib və 2010-cu ildə həmin məktəbi bitirib.

Elə həmin il Sosial-Pedaqoji Kollecə daxil olaraq 2013-cü ildə buranı uğurla başa vurub. 2014-cü ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformatika fakültəsinə qəbul olunub və 2018-ci ildə ali təhsilini tamamlayıb.

Orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olan Zəkəriyyə Qurbanov 19 illik ədəbi fəaliyyəti ilə seçilir. O, eyni zamanda musiqiyə də maraq göstərərək 38 saylı Musiqi məktəbində nağara və qarmon ixtisası üzrə təhsil alıb.

Fəal ictimai fəaliyyəti ilə seçilən yazar "Gözün ol mənim" kitab klubunun yaradıcılarından biri kimi, görmə məhdudiyyətli şəxslərin ədəbiyyata və kitaba çıxış imkanlarının artırılmasına töhfə verir.

Şeirləri ilə oxucuların qəlbinə yol tapan Zəkəriyyə Qurbanovun iki nümunəsini təqdim edirik:

KAŞ

Silinib gedəydi duman, bulud, çən,

İnsan saçlarına düşməyəydi dən.

Zülümdən, əzabdan, qəmdən-qüssədən

Gözlər kədərlənib dolmayaydı, kaş.


Sevgiylə vuraydı bütün ürəklər,

Qol-qanad açaydı arzu-diləklər;

Könüllər oxşayan güllər, çiçəklər

Təzə-tər qalaydı, solmayaydı, kaş.


Ömrü uzanaydı səadətlərin,

Zamanı bitəydi şikayətlərin;

Vüsala yol gedən məhəbbətlərin

Sonunda ayrılıq olmayaydı, kaş...

NİYƏ

Görəsən nə üçün dəyişir zaman,

Yaxşılar yamana satılır niyə?

Halal adamların halal tikəsi

Haram tikələrə qatılır niyə?


Bu dünya bir ümman, biz - üzən gəmi,

Coşanda güzəştə getmir heç kimi...

Həyatın dərdləri ağır yük kimi

Kasıbın çiyninə çatılır niyə?..


Namərdə pay olur mərdin çörəyi,

Allah, əsirgəmə bizdən köməyi;

Zalım adamların daşı-kəsəyi

Məzlumun dalınca atılır, niyə?

"Tehsil365" İnformasiya Agentliyinin rəhbərliyi və kollektivi adından Zəkəriyyə Qurbanovu doğum günü münasibətilə təbrik edir, gələcək fəaliyyətində ona yeni-yeni uğurlar arzu edirik.

Züleyxa Allahverdiyeva

News Feed

PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35