Təhsil 365 - Logo Mobile

Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib

10110.07.2025 - 20:19
Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi ofisində Fondun aparat rəhbəri Fəxri Hacıyevin müəllifi olduğu “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub.

“Tehsil365” AZƏRTAC - a istinadla xəbər verir ki, kitab Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Demokratik Respublikası arasında qeyd olunmuş dövrdə diplomatik və siyasi münasibətlərin təhlilinə həsr olunub.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raymkulova qeyd edib ki, bu nəşr təkcə tarixi bir araşdırma deyil, həm də xalqlar arasında mədəni körpülərin möhkəmləndirilməsinə xidmət edən səylərin rəmzidir.

“Azərbaycan və Gürcüstan əsrlər boyu qarşılıqlı hörmət və strateji əməkdaşlıq əsasında münasibətlər nümayiş etdirir”, – deyən Aktoti Raymkulova vurğulayıb ki, iki ölkənin diplomatik əlaqələrinin araşdırılması regionun ortaq mədəni və tarixi ənənələrini daha dərindən anlamağa imkan verir.

Fondun prezidenti, həmçinin xatırladıb ki, qurum 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə liderlərinin dəstəyi ilə yaradılıb və o vaxtdan bəri türk mədəni irsinin qlobal miqyasda təbliği istiqamətində fəal beynəlxalq fəaliyyət göstərir.

Aktoti Raymkulova Fondun son illərdə həyata keçirdiyi əsas layihələr, uğurlu beynəlxalq proqramlar və yerli təşəbbüslər barədə də məlumat verib. Xüsusilə gənclərlə iş sahəsinə toxunaraq bildirib ki, artıq Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərində Türk İrsi Mərkəzləri fəaliyyət göstərir, yaxın zamanda isə oxşar mərkəzlərin Azərbaycan, Türkiyə, Türkmənistan və hətta Polşada da açılması planlaşdırılır.

Tədbirdə kitabın müəllifi Fəxri Hacıyev qeyd edib ki, Gürcüstanın coğrafi mövqeyi əsrlər boyu türk xalqları arasında bir körpü rolu oynayıb və bu amil bu gün də öz aktuallığını qoruyur.

“Bizi birləşdirən çox sayda amil var. Gürcü xalqının mədəniyyəti, mənəvi dəyərləri, mətbəxi və daha bir çox sahələr türk xalqlarının ənənələri ilə sıx bağlıdır. Bu baxımdan kitabın məhz Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə çap olunması xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Müəllif əlavə edib ki, bu gün Gürcüstan bütün türk dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurur və gələcəkdə türk əməkdaşlıq qurumlarında müşahidəçi statusu qazanmağa səmimi istək var.

“Bu kitab klassik mənada elmi tədqiqat işi deyil. Bu, dərin şəkildə yenidən nəzərdən keçirilmiş və faktiki olaraq yenidən yazılmış bir əsərdir”, – deyə F.Hacıyev bildirib.

O, həmçinin Tbilisidəki diplomatik fəaliyyəti zamanı şəxsi xatirələrini bölüşüb. Bildirib ki, səfirlikdə və baş konsulluqda çalışarkən tez-tez düşünürdü ki, yüz il əvvəl Azərbaycanın adından burada kimlər diplomatik missiya aparıb, onların qarşısında hansı vəzifələr olub, kimlərlə görüşüblər, harada yaşayıblar?

“Əldə olan mənbələrdə kifayət qədər məlumatın olmaması məni narahat edirdi. Hər dəfə düşünürdüm ki, münasib vaxt gələcək, vaxt ayırıb gürcü dilini öyrənəcəyəm və bu mövzunu daha dərindən araşdıracağam, amma hər dəfə təxirə salırdım”, – deyə o əlavə edib.

F.Hacıyev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncam imzaladıqdan sonra bütün səfirliklərə göndərildi və konkret tapşırıqlar verildi: fəaliyyət göstərdikləri ölkələrdə Cümhuriyyət irsi ilə bağlı materialları toplamaq, araşdırmaq və toplanmış materialları mərkəzə - Bakıya göndərmək.

Arxiv sənədləri və yeni tədqiqat materialları əsasında oxuculara yeni tarixi baxış təqdim edilib.

Tədbir panel müzakirəsi ilə davam edib, burada nəşrə elmi qiymət verilib, ekspertlərin və iştirakçıların fikirləri dinlənilib.

Qeyd edək ki, tədbirdə dövlət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş səfirlər və elm xadimləri iştirak ediblər.

 

Sevinc Əliyeva

News Feed

PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35