Təhsil 365 - Logo Mobile

Bişkekdə “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib

8311.07.2025 - 16:46
Bişkekdə “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib

Bişkekdəki T.Kasımbekov adına Mərkəzi Şəhər Kitabxanasında “Millətin ucalığında Çınqızın müdrikliyi” tədbiri çərçivəsində “Çınqız akılı” və “Çınqızın müdrikliyi” adlı iki kitabın təqdimatı baş tutub.

Tehsil365 xəbər verir ki, Bişkek şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Kulsayra Dandıbayeva qeyd edib ki, bu nəşrlər Çingiz Aytmatovun müdrikliyinin dərinliyini, mənəvi irsini və milli özünüdərkinin əhəmiyyətini əks etdirən mühüm bir işdir.

Tanınmış xadimlər öz fikirlərini bölüşərək, “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarını nəsilləri birləşdirən müdriklik körpüsü kimi xarakterizə ediblər.

Təqdimatda Çingiz Aytmatovun fotoları, əsərlərindən parçalar və arxiv videomaterialları nümayiş etdirilib.

Kitabın müəllifi tanınmış fikir adamı və yazıçı Makelek Karmıştegin olub.

Kitabda, həmçinin yazıçının qohumlarının xatirələri də yer alıb. Xüsusilə, Çingiz Aytmatovun qardaşı İlqiz Aytmatovun məqaləsində 2008-ci ilin fevral-mart aylarında Bakıda baş tutmuş mühüm hadisədən bəhs olunur. Bildirilir ki, həmin vaxt Aytmatov Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşüb və ona “Dostluq” ordeni təqdim olunub. Bu səfər yazıçının 80 illik yubileyinə hazırlıq çərçivəsində keçirilib.

Kitaba, həmçinin Çingiz Aytmatovun bacısı Roza Aytmatovanın, yazıçının ölkəmizə səfərindən bəhs edən məqaləsi də daxil edilib.

Nəşr Aytmatov yaradıcılığını araşdıran alimlərə, ədəbiyyat tədqiqatçılarına, ali məktəb tələbələrinə, məktəblilərə və geniş oxucu kütləsinə ünvanlanıb.

İlhamə Nurəhmədova

News Feed

PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35