Təhsil 365 - Logo Mobile

Məhəmməd Füzuliyə həsr olunmuş iki kitabın təqdimatı keçirilib- FOTO

8912.07.2025 - 11:10
Məhəmməd Füzuliyə həsr olunmuş iki kitabın təqdimatı keçirilib- FOTO

Azərbaycan Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Məhəmməd Füzuli. Biblioqrafiya” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib.

Bu barədə “Tehsil365”ə Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə Milli Kitabxanasının direktoru professor Kərim Tahirov hazırlanan kitabların məziyyətlərindən danışıb. Qeyd edib ki, Məhəmməd Füzuli Azərbaycan şeirində və ədəbiyyatında günəş kimi parlayan, zəngin və dərin keçmişə malik bir şəxsiyyətdir. Direktor Prezident İlham Əliyevin imzaladığı “Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın bu böyük şəxsiyyətin Azərbaycan mədəni irsində tutduğu əvəzsiz mövqeyini təsdiqlədiyini bildirib. Professor Füzulinin təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumilikdə Yaxın və Orta Şərq ədəbiyyatında Azərbaycan, ərəb və fars dillərində yazan nadir şəxsiyyətlərindən biri, hər üç ədəbiyyatda öz möhtəşəm izini qoymuş bir düha olduğunu söyləyib. O, təqdimatı keçirilən hər iki əsərin füzulişünaslığın yeni mərhələsinə bir cığır açacağını, Füzulinin yaradıcılığını daha geniş və dərindən araşdırmaq istəyən gələcək tədqiqatçılar üçün bitkin bir ensiklopedik əsər olduğunu söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında hər iki kitabı geniş və əhatəli təhlil edib. O bildirib ki, Məhəmməd Füzuli haqqında yazılmış hər iki nəşr Mədəniyyət Nazirliyinin, elmi ideoloji mərkəz olan Milli Kitabxananın və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun həmrəyliyinin, birliyinin, əməkdaşlığının bir örnəyi kimi çox qiymətlidir. Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq həyata keçirilən bütün tədbirlər, həmçinin 2024-cü ildə Beynəlxalq kitab sərgisinin Füzuliyə həsr olunması müasir dövrdə beynəlxalq miqyasda Füzulinin Azərbaycan şairi kimi yenidən təqdim və təbliğ olunmasına bir töhfədir. 7 minə yaxın mənbəni əhatə edən “Məhəmməd Füzuli. Biblioqrafiya” kitabının “Əhdi-Bağdadi”dən başlayaraq 530 illik dövrü əhatə edən indiyədək nəşr olunan ilk geniş, sistemli möhtəşəm əsər olduğunu bildirib. İlk dəfə olaraq bu biblioqrafiyada 500-dən çox əlyazma və daşbasmanın verildiyini əlavə edib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” sektoru tərəfindən hazırlanan “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitabının isə ümumiləşdirilmiş və geniş həcmə malik olan ən sanballı elmi-tədqiqat əsəri olduğunu söyləyib.

Hər iki əsərin Füzuli irsi haqqında 530 ildə yazılanlara yekun vuran, ümumiləşdirən möhtəşəm bir elmi abidə, Azərbaycan və dünya füzulişünaslığına ərməğan edilən sanballı bir töhfə olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı professor Jalə Əliyeva, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” bölməsinin müdiri, dosent Ataəmi Mirzəyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Knyaz Aslan, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, dosent Zəkulla Bayramlı, AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış ediblər.

Çıxışçılar Füzuli irsindən, yaradıcılığından ətraflı bəhs edərək, dahi şairin Azərbaycan ədəbiyyatında, elmində, mədəniyyətində tutduğu yer, müasir ədəbiyyatda onun ədəbi-bədii dili, üslubu, Füzuli dilinin obrazlılığından geniş söhbət açıblar. Bu gün təqdimatı keçirilən hər iki kitabın bir-birini tamamladığını, Füzuli irsini araşdıranlara və Füzuli xiridarlarına böyük bir hədiyyə, töhfə olduğunu söyləyiblər. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini və kollektivini təbrik ediblər.




Aydan İsayeva

News Feed

PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35