Təhsil 365 - Logo Mobile

Rezidentura üzrə plan yerləri və qeydiyyat tarixləri açıqlanıb.

12523.07.2025 - 09:20
Rezidentura üzrə plan yerləri və qeydiyyat tarixləri açıqlanıb.

2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 778 yerdən ibarətdir. Onlardan 71 yer Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün (Müdafiə Nazirliyi sistemi üçün 26, Ədliyyə Nazirliyi sistemi üçün 26, Daxili İşlər Nazirliyi sistemi üçün 2, Dövlət Sərhəd Xidməti sistemi üçün 15, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti sistemi üçün 2 yer) və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.

Bu barədə “Tehsil365” ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının plan yerlərini yalnız həmin universitetin məzunları seçə bilərlər. Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin ayrı-ayrı dövlət orqanları üzrə nəzərdə tutulmuş plan yerlərini yalnız müvafiq dövlət orqanı üzrə siyahıya alınmış namizədlər seçə bilərlər.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün iyulun 22-dən qeydiyyat başlanıb. Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün iyulun 30-dək (saat 23:59-dək) tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 10-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Zəhra Əliyeva

News Feed

Maestro Niyazi’s Legacy Honored at Memorial Event02.08.2025 - 19:13
Our Schoolchildren win three medals at the International Olympiad in Informatics02.08.2025 - 18:55
An Exhibition Dedicated to Azerbaijani Cinema Day Presented at the National Library02.08.2025 - 18:32
Film Director Ayaz Salayev Awarded Honorary Diploma02.08.2025 - 18:10
Özəl məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün MTİS təlimi keçirilib -FOTO 01.08.2025 - 06:15
PLA founding day celebrated at the Azerbaijan University of Languages27.07.2025 - 19:15
UN General Assembly Adopts Artificial Intelligence Resolution Proposed by Tajikistan26.07.2025 - 19:14
Azerbaijani athletes win 6 more medals at the European Youth Paralympic Games26.07.2025 - 19:07
Georgia and Azerbaijan expand cooperation in the field of education26.07.2025 - 18:55
China–ASEAN Education Cooperation Week 2025 Begins in Guizhou26.07.2025 - 18:41
AI helps develop highly accurate test for diagnosing chronic fatigue syndrome26.07.2025 - 18:33
Azerbaijani scholar presents at International Conference in France26.07.2025 - 18:17
Azerbaijan represented at poetry festival held in Venezuela26.07.2025 - 18:10
12 Graduates of BSU's Faculty of Law Admitted to Master’s Programs at Prestigious International Universities25.07.2025 - 11:00
Jakarta International Film Festival opens call for film submissions25.07.2025 - 10:45
Our Students Achieved Success at the International Physics Olympiad25.07.2025 - 10:30
"Traces of a Journey" – A Cinematic Look at Heydar Aliyev's Visit to Italy25.07.2025 - 10:20
Our team reaches the final of the European Universities Futsal Championship25.07.2025 - 10:10
The SCO Media and Think Tanks Summit is being held in China25.07.2025 - 10:00
Academic transcripts awarded to 171 students studying abroad24.07.2025 - 10:50
Staff of Azerbaijan Technical University's Library Information Center Set a National Precedent24.07.2025 - 10:35
Our Team Advances to the Semifinals at the European Universities Futsal Championship – PHOTO24.07.2025 - 10:15
The Minister of Science and Education met with the Ambassador of the People's Republic of China to our country – PHOTO24.07.2025 - 10:00
BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35